Stepanavanda Ermənistan və Rusiya parlamentlərarası komissiyasının iclası keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə cümə günü Ermənistan Milli Assambleyasının mətbuat xidməti məlumat yayıb.
Stepanavanda diplomatik münasibətlərin qurulmasının 30 illiyi və Dostluq müqaviləsinin imzalanmasının 25 illiyi münasibətilə Ermənistan parlamenti ilə Rusiya Federasiyası Federal Məclisi arasında əməkdaşlıq komissiyasının iclası keçirilib. Görüşdə iki dövlət arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında məsələlər müzakirə edilib.
Natiq Səlim,
KONKRET.az