Süleymaninin ölüm tarixi təqvimə xüsusi gün kimi salındı – Sərəncam imzalandıbackend

Süleymaninin ölüm tarixi təqvimə xüsusi gün kimi salındı - Sərəncam imzalandı

İranda general Qasım Süleymaninin ABŞ-ın xüsusi əməliyyatının nəticəsində qətlə yetirildiyi tarixi, yəni yanvarın 3-ü “Beynəlxalq Müqavimət Günü” elan edilib.

KONKRET.az xəbər veri ki, bu barədə İranın IRNA agentliyi məlumat yayıb.

Yanvarın 3-də qeyd ediləcək “Beynəlxalq Müqavimət Günü”nün (World Day of Resistance) təqvimə salınması haqqında sərəncamı İran prezidenti Həsən Ruhani imzalayıb.

Bildirilir ki, həmçinin general Süleymaninin adını daşıyacaq, “Qurbanların Xatirəsi”nə beynəlxalq mükafatı (World Sacrifice Award) da təsis edilib.

Xatırladaq ki, yanvarın 3-nə keçən gecə İran generalı Qasım Süleymani İraqda ABŞ ordusunun həyata keçirdiyi hava hücumu nəticəsində öldürülüb. Yanvarın 8-ə keçən gecə isə İslam İnqilabı Keşikçiləri Korpusu Vaşinqtona cavab verib. Belə ki, ABŞ-ın İraqda yerləşən iki hərbi bazasına raket zənbələri endirilib.

sonxeber.az

Bir cavab yazın