“Sülh müqaviləsi layihəsi hələ hazır deyil” – Medinskibackend

"Sülh müqaviləsi layihəsi hələ hazır deyil" - Medinski

Rusiya Federasiyası Prezidentinin köməkçisi, danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi layihəsinin hələ hazır olmadığını açıqlayıb. 

KONKRET.az-ın məlumatına görə, o bildirib ki, tərəflər daha çox iş görməlidirlər. 

“Saziş layihəsinin sammit görüşünə hazır olmasına gəlincə, təəssüf ki, Araxamiyanın nikbinliyini bölüşmürəm. Biz daha çox iş görməliyik. Ukraynanın diplomatik və hərbi xidmətləri, bu sahədə xeyli geridədir” – deyə Medinski bildirib.

O, qeyd edib ki, Ukrayna “bir sıra məsələlərə daha real yanaşır. Medinskinin sözlərinə görə, əvvəllər razılaşdırılmış mövqelər qalır.

Xatırladaq ki, daha əvvəl Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamia sülh müqaviləsi layihəsinin hazır olduğunu bəyan edib.

Günel Mikayıl, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*