“Sülh müqaviləsini öz istəyilə imzalayan dövlət təcavüzkardır, qoşunlarını çıxarmalıdır” – Simonyanbackend

"Sülh müqaviləsini öz istəyilə imzalayan dövlət təcavüzkardır, qoşunlarını çıxarmalıdır" - Simonyan

“Əgər dövlət uduzduğunu və öz istəyi ilə sülh müqaviləsini imzaladığını etiraf edirsə, deməli, o təcavüzkardır, qoşunlarını çıxarmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu noyabrın 26-da “Sülh müqaviləsi” adlı konfransda eks-deputat, hüquqşünas Taron Simonyan deyib.

“Əgər Ermənistan hakimiyyəti təhdid altında sülh müqaviləsi imzalamaq niyyətində olduqlarını etiraf edərsə, bu, zərərin idarə olunması üçün alət ola bilər”, – o deyib.

Onun sözlərinə görə, əgər bir dövlət digər dövləti hədələyirsə və onu müqavilə imzalamağa məcbur edirsə, beynəlxalq səviyyədə bu, etibarsız sənəd sayılır. Və əgər dövlət müharibədə uduzduğunu və öz istəyi ilə sülh müqaviləsini imzaladığını etiraf edirsə, o zaman etiraf edir ki, o, vaxtında təcavüzkar olub və indi də qoşunlarını çıxarır.

“9 noyabr sənədi necə imzalanıb? Protokol var ki, “təhdid” altında imzalanıb. Yəni gələcəkdə müəyyən siyasi və diplomatik resursları birləşdirsək, sənədə hüquqi etiraz üçün əsas yarada bilərik. Çünki dövlət rəhbərliyi imzalanmanı təhlükə altında etdiyini deyib.

Əgər dövlət başçısı təhdid altında sülh müqaviləsi bağlayacağını qəbul edərsə, bu, zərərin idarə olunması üçün bir vasitə ola bilər. Lakin dövlət təhdid altında imza atacağını qəbul etməsə, bu, hüquqi nəticələrə səbəb ola bilər. Ola bilsin ki, gələcəkdə bizə qarşı hüquqi proseslər başlansın”, – deyə Simonyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*