“Sülh prosesi Ermənistanı yeni kapitulyasiyaya aparacaq” – Rustamyanbackend

"Sülh prosesi Ermənistanı yeni kapitulyasiyaya aparacaq" - Rustamyan

“Sülh prosesi Ermənistanı yeni kapitulyasiyaya aparacaq”.

KONKRET.az xəbər verir ki, bunu müxalifətçi deputat Armen Rustamyan parlamentin növbədənkənar iclasında müzakirə zamanı deyib.

O bildirib ki, sülh prosesi Ermənistanı yeni kapitulyasiyaya aparacaq.

“Ermənistan tərəfinin nə vaxta qədər güzəştə gedəcəyi qətiyyən aydın deyil. Düşmən daim müharibə dilində danışır. Və bu şəraitdə indiki hakimiyyət xalqımızı sülhə hazırlayır”, – deyə Rustamyan bildirib.

Müxalifətçi deputatın sözlərinə görə, bununla erməni xalqı zillət və köləliyə boyun əyəcək.

“Ordu bu hökumətin dövründə məğlub və nüfuzdan düşmüş durumdadır, kilsə isə təzyiq və təqiblərə məruz qalıb.

Azərbaycan üçün daha yaxşı şərait yaradılıb. Buna görə biz tezliklə yeni hökuməti formalaşdırmalıyıq”, – deyə Rustamyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*