Sülhməramlı Qarabağda QƏZA TÖRƏTDİ – Dörd erməni ÖLDÜ – FOTOLARbackend

Sülhməramlı Qarabağda QƏZA TÖRƏTDİ - Dörd erməni ÖLDÜ - FOTOLAR

Xankəndi-Əsgəran avtomobil yolunda baş verən qəzada 4 erməni ölüb.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, avqustun 12-də Xankəndi-Əsgəran avtomobil yolunda ağır yol qəzası baş verib. Nəticədə 4 erməni qadın ölüb.

Qondarma qurumun “əməliyyat-istintaq qrupu” hadisə yerinə gedib.

Məlum olub ki, həmin gün saat 08:45 radələrində Məlikavan küçəsi yol ayrıcında Rusiya sülhməramlılarının sürücüsü İ.Y-nın (1992-ci il təvəllüdlü) idarə etdiyi “HAVAL H9” markalı avtomobillə   Əsgəran rayonunun Saruşen (Dağyurd) kənd sakininin idarə etdiyi “VAZ-2107” markalı avtomaşın toqquşub.

Erməni sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, sərnişinlərin hamısı ölüb.

Rusiya sülhməramlısının vəziyyəti barədə məlumat verilməyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*