“Sumqayıt” bu ildə ilk qələbəsini qazandıbackend

"Sumqayıt" bu ildə ilk qələbəsini qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

KONKRET.az xəbər verir ki, Sumqayıtın eyniadlı komandası evdə “Şamaxı”nı qəbul edib. “Kapital Bank Arena”dakı görüş meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə başa çatıb. Hər iki qolu Əli Qurbani vurub. Cənubi azərbaycanlı hücumçu 31-ci və 78-ci dəqiqələrdə fərqlənib.

Bu, “Sumqayıt”ın həm 2022-ci ildə, həm də Aleksey Baqanın rəhbərliyi altında ilk qələbəsi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*