“Sumqayıt”dan yeni hücumçu transferibackend

"Sumqayıt"dan yeni hücumçu transferi

Yeni mövsüm üçün transferlərini davam etdirən “Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib.

Klubdan KONKRET.az-a verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son olaraq Xorvatiyanın “Qoritsa” klubunda çıxış etmiş Nikola Vuynoviç ilə 1+2 illik müqavilə imzalayıb. 27 yaşlı hücumçu 9 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” bunadək Rəhim Sadıxov, Fernando Medeiros və Slavişa Radoviçin keçidini rəsmiləşdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*