“Sumqayıt” “Neftçi”yə, “Zirə” “Şəfa”ya qarşıbackend

“Sumqayıt” “Neftçi”yə, “Zirə” “Şəfa”ya qarşı

Misli Premyer Liqasının I turunda bu gün daha iki qarşılaşma keçiriləcək.

KONKRET.az xəbər verir ki, günün ilk görüşü Sumqayıtda baş tutacaq.”Sumqayıt” “SOCAR Polymer Arena”da “Neftçi”ni qəbul edəcək. Qarşılaşma saat 19:00-da start götürəcək.

“Zirə” isə doğma arenada Premyer Liqanın debütantı “Şəfa” ilə üz-üzə gələcək. Bu görüş saat 21:00-da başlayacaq.

Misli Premyer Liqası

I dövrə, I tur

16 avqust

19:00. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Seymur Səlimli.

“SOCAR Polymer Arena”

 

21:00. “Zirə” – “Şəfa”

Hakimlər: Elvin Bayramov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli.

VAR: Rəşad Əhmədov.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Turan Tovuz” “Qəbələ”ni (1:0). “Sabah” “Kəpəz”i (2:0) məğlub edib. “Araz-Naxçıvan”-“İmişli” matçında hesab açılmayıb. Tura avqustun 17-də yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*