Sumqayıt Tibb Mərkəzində ilk dəfə endoprotez əməliyyatı icra olunubbackend

Sumqayıt Tibb Mərkəzində ilk dəfə endoprotez əməliyyatı icra olunub

Sumqayıt Tibb Mərkəzində tibbi xidmət çeşidlərinin artırılması istiqamətində növbəti uğurlu addım atılıb.

KONKRET.az-ın məlumatına görə, Mərkəzin direktoru Elnur Azadxanov bildirib ki, 2 nömrəli Xəstəxanada ilk dəfə bu gün icra olunan endoprotez əməliyyatı uğurla başa çatıb:

“Qadın pasiyent üzərində həyata keçirilən sağ diz oynağının total artroplastikası (endoprotez) əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində gerçəkləşib. Əməliyyat travmatoloq-ortopedlər Fuad Ağayev və Bəxtiyar Əliyev tərəfindən həyata keçirilib. Bu tip cərrahi ortopedik əməliyyatların başlanılması endoprotezləşmə üçün digər müəssisələrə yönəldilməni, əməliyyatlar üçün növbələri aradan qaldırmaqla, dövlət müəssisəsində həm Sumqayıt, həm də ətraf rayon, şəhər əhalisinin xidmətə əlçatanlığını təmin edəcək”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*