Sumqayıtda ağır yol qəzasında dörd nəfər yaralandıbackend

Sumqayıtda ağır yol qəzasında dörd nəfər yaralandı

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, şəhərin Sahil küçəsində “Opel” və “Renault” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb, yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Sumqayıt Tibb Mərkəzindən “Report”un yerli bürosuna bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbi ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1987, 1988, 1997 -ci il təvəllüdlü 3 şəxs (kişi cinsli) və 1987-ci il təvəllüdlü 1 şəxs (qadın cinsli) hospitalizasiya olunublar.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*