Sumqayıtda dənizdə 2 nəfər batıb.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 6 km aralı, nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub.
Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
***
20:06
Sumqayıtda ana və övladı dənizdə boğulub.
KONKRET.az-ın məlumatına görə, hadisə Xəzər dənizinin Sumqayıt sahilində baş verib.
Dənizdə övladının batdığını görən ana onu xilas etmək istəyib. Lakin ana da batıb.
Onların meyitləri sudan çıxarılıb./APA
