Sumqayıtda avtobuslarda pulsuz Wi-Fi quraşdırıldıbackend

Sumqayıtda avtobuslarda pulsuz Wi-Fi quraşdırıldı

Sumqayıt şəhərində ictimai nəqliyyat sistemində daha bir yenilik həyata keçirilib. Şəhər İcra hakimiyyətindən KONKRET.az-a verilən məlumata görə, şəhərdə 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar pulsuz “Wi-Fi” xidmətinə qoşulub.

Nəqliyyatın rahatlığını və hər gün ictimai nəqliyyatdan istifadə edən minlərlə sərnişinin məmnunluğunu nəzərə alaraq həyata keçirilən layihə ilkin mərhələdə 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunub.

Pulsuz “Wi-Fi” xidməti mərhələli şəkildə şəhərdə fəaliyyət göstərən digər marşrut xətlərində də reallaşdırılacaq.

Bununla yanaşı avtobusların bir mərkəzdən idarə olunması məqsədi ilə onlayn rejimdə Mərkəzləşdirilmiş Dispetçer Xidməti də yaradılacaq. Bu proses nəticəsində nəqliyyat vasitələrinin sürücülərinə nəzarət daha da artırılacaq. Həmçinin sürücü-sərnişin münasibətləri də diqqətdə saxlanılacaq.

Qeyd edək ki, son zamanlar şəhərin 20-ə yaxın marşrut xəttinə 206 müasir tələblərə cavab verən avtobuslar verilib.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*