Sumqayıtda avtomobil qaçıran şəxs SAXLANILDIbackend

Sumqayıtda avtomobil qaçıran şəxs SAXLANILDI

Sumqayıt şəhəri ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Rəşad Xəlilov iyunun 4-də həmin avtomobili idarə edərkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*