Sumqayıt şəhərində ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.
KONKRET.AZ xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb.
Belə ki, binaların birinin qarşısında olan yarımstansiyada təxminən 35-40 yaşlarında kişi meyiti aşkarlanıb.
İlkin ehtimala görə, mərhumu elektrik cərəyanı vurub.
Ölənin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
