Sumqayıtda dənizdə boğulan ana və övladının şəxsiyyəti məlum oldubackend

Sumqayıtda dənizdə boğulan ana və övladının şəxsiyyəti məlum oldu

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi yaxınlığında dənizdə (“Sumqayıt” sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazi) batan 1990-cı il təvəllüdlü Kərimova Fatma Allahverdi qızı və 2015-ci il təvəllüdlü Kərimov Nicat Əlvan oğlunun axtarışları başa çatıb.

KONKRET.az-a bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində F.Kərimovanın meyiti dənizdə tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

N.Kərimovun meyiti sahildə aşkar olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*