Sumqayıtda dənizdən meyit TAPILDIbackend

Sumqayıtda dənizdən meyit TAPILDI

Sumqayıtda dənizdən meyit tapılıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, Xəzər dənizinin Sumqayıt bulvarı hissəsində sahildən kişi meyiti tapılıb.

Şəxsiyyəti hələlik müəyyən olunmayanın kişinin intihar etdiyi bildirilir.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Xatırladaq ki. Iki bundan öncə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olmuşdu.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*