Sumqayıtda qəza – Üç nəfər xəsarət alıb – FOTObackend

Sumqayıtda qəza – Üç nəfər xəsarət alıb – FOTO

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb, 3 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Niyazi küçəsində baş verib. İlkin məlumatlara əsasən, “Kia Sorento” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası tərəfindən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.\\nocomment.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*