Sumqayıtda qəzada 5 nəfər xəsarət aldı – FOTOLARbackend

Sumqayıtda qəzada 5 nəfər xəsarət aldı - FOTOLAR

Sumqayıtda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, qəza Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində – Sumqayıt Texnologiyalar Parkının yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan ağırtonajlı avtomobil “Mitsubishi” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə təcili tibbi yardım cəlb olunub, yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*