Sumqayıtda qəzada ölən 3 nəfər dəm qazı nəticəsində həyatını itirən ailənin yaxın qohumları imişbackend

Sumqayıtda qəzada ölən 3 nəfər dəm qazı nəticəsində həyatını itirən ailənin yaxın qohumları imiş

Xəbər verdiyimiz kimi, Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil körpüdən aşıb.

Qəza nəticəsində bir ailənin 3 üzvü – sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu, həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və onların övladları 2021-ci il təvəllüdlü Həmzə Əliyev hadisə yerində ölüb.

KONKRET.az-ın şimal bürosu xəbər verir ki, dünyasını dəyişən şəxslər bu gün Qusarda dəm qazı faciəsi nəticəsində ölənlərin yaxın qohumlarıdır. Ailə bu səbəbdən Qusara gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

Emin Kərimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*