Sumqayıt Tibb Mərkəzinin 4 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsində qeydiyyatçı kimi çalışan Azadə Həşimova ona qarşı haqsızlıqdan gileylənib.
KONKRET.az xəbər verir ki, bu barədə “Den.az”a özü məlumat verib.
Xanım iddia edir ki, illər öncə ailə təhsili olmadığı üçün ona xəstəxanaların birində texniki işçi (sanitar) ştatı üzrə iş təklif olunub. Uzun müddət bu sahədə çalışan qadın sonradan iş yerini dəyişmək qərarına gəlib. Ancaq ona ali təhsili olmadığı üçün başqa işlə təmin edilməyəcəyi bildirilib. Azadə Həşimova da ailəsinin razılığı əsasında gələcək arzularını həyata keçimək məqsədilə ali təhsil alıb. Bundan sonra Sumqayıt Tibb Mərkəzinə müraciət edib. Lakin sözügedən mərkəzin direktoru Elnur Azadxanovun xanıma verdiyi cavab heç də ürəkaçan olmayıb. Təkrar müraciətində isə onu ümumiyyətlə qəbul etməyib.
Bir müddət sonra Azadə Həşimovanı təmizlikçi (sanitar) ştatında qalmaq şərtilə 4 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsində qeydiyyatçı kimi işlə təmin ediblər. Bu isə xanımın ürəyincə olmayıb. Elnur Azadxanovun təkrar qəbuluna düşmək isə heç cür mümkün olmayıb.
Çarəsiz qalan xanım aidiyyəti orqanlara müraciət ünvanlayıb.
Təəccüblüsü odur ki, xanım hazırda təmizlikçi (sanitar) vəzifəsində olsa da, lakin qeydiyyatçı kimi fəaliyyət göstərir…
Məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, “Həşimova Azadə Əzim qızı 05 aprel 2024-cü il tarixində Sumqayıt Tibb Mərkəzinin 4 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsində sanitar qadın vəzifəsinə işə qəbul edilib. A.Həşimovanın xəstə xidmətləri şöbəsinə işə qəbul olunması üçün ali təhsil tələb olunduğundan hazırkı təhsili buna imkan vermir. Ali təhsilli olması ilə bağlı qeyd olunanlar isə həqiqəti əks etdirmir. Azadə Həşimova dəfələrlə Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov tərəfindən qəbul edilib və mövcud durum ona izah olunub. Odur ki, onun direktor tərəfindən qəbul edilmədiyi ilə bağlı iddiaları əsassızdır.
Qeyd edək ki, Azadə Həşimova 1993-cü ildə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Əzim Hacıyevin qızıdır.
Samiraldo demişkən ay q….
…haqsizliq, qohum-eqraba, dost-tanis….bu “olkenin” her yerinde var!!!…artiq bu “milli deyer” statusu alib..