Sumqayıtda suyun verilməsi məhdudlaşdırılacaqbackend

Sumqayıtda suyun verilməsi məhdudlaşdırılacaq

Bu gün Sumqayıt şəhərinin bəzi qəsəbələri və yaşayış massivlərinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

“Azərsu” ASC-dən KONKRET.az-a verilən məlumata görə, Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən 2019-cu ilin noyabrın 4-də Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*