“Sünikdəki vəziyyət başqa yerlərdə təkrarlana bilər”
KONKRET.az erməni portallarına istinadən xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, Hayastan seçki blokunun lideri Robert Koçaryan mətbuat konfransında dedib.
Koçaryan çıxışında Azərbaycanın guya onların daxili məsələlərinə təsir etdiyini bildirib:
“Azərbaycanın Ermənistandan müəyyən gözləntiləri olduğu bir vaxtda, Sünikdəki vəziyyət kimi böhranlar təkrarlanacaq. Ermənistan düşmənə “dişlərini göstərməlidir”.
Vəziyyət ilk növbədə Rusiyanın vasitəçiliyi ilə danışıqlar yolu ilə həll olunmalıdır.
Azərbaycanla sərhədin tələsik delimitasiyası Qarabağla bağlı danışıqlar prosesi üçün bəzi problemlər yarada bilər.
Koçaryan üçüncü prezident Serj Sarkisyanla fikir ayrılıqlarının mövcudluğuna eyham vurdu və seçkilərdə qüvvələr arasındakı rəqabətin olacağını açıq şəkildə bildirdi.
İstisnasız olaraq Bakıdan gələn bütün siqnallar Ermənistanda keçiriləcək seçkilər kontekstində nəzərə alınmalıdır, Əliyevin öz seçimləri var”.
Xuraman Etibarlı
KONKRET.az
