backend

Süpürgə pulu oğurlayan icra başçıları - Belələri hər addımbaşı dövlətə xəyanət edir

Alqış Musayev

KONKRET.az tanınmış jurnalist Alqış Musayevin facebook səhifəsində yazdığı statuslardan seçmələri təqdim edir:

***

Hər addımında Azərbaycan Prezidentinin alicənablığı və yüksək intellekti özünü böyük ölçüdə büruzə verir.

İlham Əliyevin yenilikçi, intellektual obrazını yerli səviyyələrdə ləyaqətlə təqdim etməli olan səlahiyyət sahibləri isə əksinə fəaliyyət göstərirlər. Prezidentin rayondakı səlahiyyətli təmsilçisi – icra hakimiyyətinin başcısı süpürgəçinin pulunu oğurlayır.

Beləsini həbs etmək azdır!

***

Çox təəssüf ki, bir para adam şablonlaşmış ifadələr əzbərləyiblər.

“Ümummilli Liderimiz Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev…”, – deyib işlərini bitmiş hesab edirlər.

Belə deyə – deyə də hər addımbaşı Dövlətə, ümumilli liderimizə və cənab Prezidentə xəyanər edirlər!..

***

Son vaxtlar ən çox rastlasdığım bir sual var: “Filankəsi niyə burdan çıxarıb ora göndərdilər?”

Sovetin dövründə bir nəfəri Mərkəzi Komitədən uzaqlşdırmaq istəyirmişlər.

O adam da getmək istəmirmiş.

“Mənim xidmətim, təcrübəm”, – deyib durubmuş.

Şərt qoyir kı, “bir “Volqa” maşını təşkil edin mənim üçün”.

Rəhbərliyə məruzə edirlər.

Rəhbərlik deyir ki, maşın nədi , samolyat da istəsə, tapın verin, təki canımız ondan qurtarsın…”

***

Prezidentin islahatlar kursuna qarşı altdan- altdan iş görən hələ neçə – neçə məmur var..

***

Vərdiş etdiyimiz qaydaları dəyişə bilməsək, heç nəyi dəyişə bilməyəcəyik…Və heç nə dəyişməyəcək!

***

Yəqin ki, rayon icra hakimiyyəti başçılarının dövlət təltiflərinə təqdim edilməsi proseduruna yenidən baxılacaq.. Həbs edilən üç başçıdan ikisi “Vətənə xidmətə görə”, biri də “Şöhrət” ordeni ilə təltif olunub.

***

Mən son bir neçə ildə rəsmi mətbuatda, nəinki icra başçısını, hətta ən xırda bir məmuru tənqid edən bircə cümləyə belə rast gəlməmişəm…

***

Bu dəfə yaxşı ötüşdük. Bu gün həbs edilən İcra başçısının ordeni yoxdur… Ağstafanın icra başçısı həbsindən 6 ay əvvəl “Şöhrət” ordeni ilə təltif edilmişdi…

***

Yaponiyanən mərkəzi şəhəri Tokioda, imperatorun sarayında hasar gördük. Yaponiyanın qalan heç yerində məftildən də olsa, hasara rast gəlmədik. Bu baxımdan, adamda belə bir təəssürat yaranır ki, bu gün Azərbaycan əhalisinin 30 faizi imperatordur, cünki biz binadan çox hasarlara daş işlədirik… (Siris Təbrizli, 6 mart 1998-ci il, Milli Məclis).

***

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*