Süpürgəçini it dişlədi: Xəstəxanaya çatdırıldıbackend

Süpürgəçini it dişlədi: Xəstəxanaya çatdırıldı

Mingəçevirdə səhər tezdən təmizlik işlərinə başlayan süpürgəçini it dişləyib.

KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Puşkin küçəsi ərazisində baş verib.

Belə ki, təhkim olduğu ərazinin təmizliyi ilə məşğul olan 1958-ci il təvəllüdlü Salmanova Bəsti Müğdət qızı məişət tullantıları qabının qarşısında küçə itlərinin hücumuna məruz qalıb.

Ayağından yaralanan qadın itlərdən qurtulmağı bacarıb. O, xəstəxanaya çatdırılıb, quduzluq əleyhinə vaksin vurulub və digər zəruri tibbi yardım göstərilib.

Ehtiram Muradov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*