Surət Hüseynovun zəhərlənməsi iddiasına kürəkəni CAVAB VERDİbackend

Surət Hüseynovun zəhərlənməsi iddiasına kürəkəni CAVAB VERDİ

Belə ki, bir sıra media orqanlarında sabiq baş nazirin yaxınları onun tədricən zəhərləndiyini iddia ediblər.

Onlar bildirir ki, Surət Hüseynov Azərbaycandan ona göndərilən ərzaq məhsullarının vasitəsilə zəhərlənib.

KONKRET.az xəbər verir ki, Surət Hüseynovun kürəkəni Kamran Məmmədov Gununsesi.info-ya açıqlamasında bu iddiaları təkzib edib:

“Surət müəllim uzun müddət idi ki, xəstə idi. Mən inanmıram ki, hansısa zəhərlənmə şübhəsi olsun, indi bunu kimlərsə deyib. Bilmirəm niyə deyiblər, ancaq o xəstə idi və xəstəliyin nəticəsində də vəfat edib”.

Surət Hüseynovun siyasi partiya yaratması barədə onun mətbuat katibinin dediyinə gəlincə, Kamran Məmmədov bu iddianı da inkar edib: “Onun siyasi partiya yaratma istəyi olmayıb. Belə bir şey olsa mənim də xəbərim olardı. Surət müəllim son bir il idi ki, canıyla əlləşirdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*