Suriyada PARTLAYIŞ: Ölən və yaralananlar varbackend

Suriyada PARTLAYIŞ: Ölən və yaralananlar var

Suriyanın Həma əyalətinin Səlamiyyə şəhəri yaxınlığında (Dəməşqdən 182 km aralıda) partlayış baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 2 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Məlumata görə, işə salınan partlayıcı qurğu ərazidə fəaliyyət göstərən terrorçu qruplaşmaları tərəfindən yerləşdirilib.

Həmçinin, SANA agentliyi xəbər verir ki, ölkənin qərbində yerləşən Homs əyalətində şəhər rəhbəri avtomobilində baş verən partlayış nəticəsində ölüb.

Qeyd olunub ki, mərhum vilayətin şimalında yerləşən Tell Bisa şəhərinə rəhbərlik edib.

Hadisənin təfərrüatları araşdırılır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*