Suriyalıların Türkiyə sərhədinə köçü davam edirbackend

Suriyalıların Türkiyə sərhədinə köçü davam edir

Suriyalı vətəndaşlar İdlib və Hələb şəhərlərində havadan və qurudan edilən bombardımanlardan qaçaraq Türkiyə sərhədinə yaxın etibarlı bölgələrə köçürlər.

KONKRET.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, hər gün orta hesabla 5000 nəqliyyat vasitəsi miqrasiya marşrutu ilə gedir, 10 mindən çox insan isə təhlükəsiz yerlərə köç edir.

Bombalananda bu sayın iki qat artdığı təxmin edilir.

Təhlükəsiz bölgələrə gələn köçlər nəticəsində düşərgələr tamamilə dolub. Köçməyə gedən Suriyalı mülki insanlar düşərgələrdə sığınacaq tapmaqda çətinlik çəkirlər.

Digər tərəfdən, yardımın azalması ilə evsiz qalan minlərlə ailə kömək gözləyir.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*