Suriyanın Əl-Bab rayonuna raket hücumu: 9 dinc sakin həlak oldubackend

Suriyanın Əl-Bab rayonuna raket hücumu: 9 dinc sakin həlak oldu

Suriyanın şimalındakı ƏI-Bab rayon mərkəzinə raket hücumu edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, mülki əhalinin sıx yaşadığı rayon mərkəzinə edilən hücumda aralarında uşaqların da olduğu 9 mülki şəxs həyatını itirib, 15-i isə yaralanıb.

Hücumun mənbəyi ilə bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, Əl-Bab rayon mərkəzi 2017-ci ilin fevral ayında “Fərat Qalxanı” əməliyyatı çərçivəsində terror təşkilatı İŞİD-dən təmizlənib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*