Suriyanın terrordan xilas edilən iki şəhərində həyat öz axarına qayıtdı – FOTObackend

Suriyanın terrordan xilas edilən iki şəhərində həyat öz axarına qayıtdı - FOTO

Suriyanın şimalındakı Tel Abyad və Rəsulayn şəhərləri 2019-cu ilin oktyabr ayında 4,5 ildir davam edən YPG/PKK zülmündən xilas edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən Trend-ə məlumat verilib.

Bildirilib ki, şəhərlərdə həyatın normallaşması üçün bir çox sahədə, o cümlədən təhsil sahəsində intensiv səylər göstərilməyə başlanıb. Tel Abyad və Rəsulaynda terror təşkilatının yararsız hala saldığı onlarla məktəb Şanlıurfa Valiliyi tərəfindən təhsilə hazır vəziyyətə gətirilib. Şanlıurfa Valiliyinin Suriya Dəstək və Koordinasiya Mərkəzi (SUDKOM) minlərlə şagirdə dərslik və məktəb ləvazimatları paylayıb.

Məlumata görə, hazırda Tel Abyad və Rəsulaynda 180 məktəb inşa edilir. Bu məktəblərdə 963 müəllim dərs deyəcək, 19 min 470 şagird təhsil alacaq.

Qeyd edək ki, terror təşkilatı işğal etdiyi bölgələrdəki məktəblərdə şagirdlərə etnik mənsubiyyətə əsaslanan militarist və İslam əleyhinə fikirlər təbliğ edir. Övladlarını terror təşkilatının təbliğatlarından uzaq tutmaq istəyən valideynlər özəl məktəblərə müraciət edirlər. Lakin terror təşkilatı bu məktəblərə də basqın edərək bağlamaqla hədələyir və ya özləri məktəbin qapısına qıfıl vurur.

“Sülh çeşməsi” əməliyyatı zamanı Tel Abyad və Rəsulayndakı bir çox məktəbin terror teşkilatının qərargahına çevrildiyi və bəzilərinin altında tunellər olduğu müəyyən edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*