Şuşada 8 Noyabr – Zəfər Günü münasibəti ilə hərbçilərin yürüşü keçirilib.
KONKRET.az xəbər verir ki, şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə şəxsi heyət yürüş edib.
Qeyd edək ki, bu gün Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə üç marşrut üzrə hərbçilərin Zəfər yürüşü keçirilib.
