backend

Şuşanın işğalda qaldığı 30 ildə tikilən yeganə villaFOTO

Rusiyalı tanınmış hərbi ekspert, “Mülki müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Şuşa şəhərindən bir villanın görüntülərini paylaşıb.

KONKRET.az xəbər verir ki, İ.Korotçenko Şuşaya səfəri zamanı bu villaya da baxdığını vurğulayıb.

“Azərbaycan. Qarabağ. Şuşa” həştəqi ilə paylaşdığı fotolarda Korotçenko yazıb:

“Şuşada olarkən “Mxitaryanın villası” kimi tanınan hovuzlu, pompez mini-saraya da baxa bildim. Bu, erməni futbol bosslarından birinin Laçın dəhlizinin keçdiyi istiqamətdə, mənzərəli yerdə yerləşən mini-sarayıdır. Bu villa Azərbaycanın qədim şəhəri olan Şuşanın ermənilər tərəfindən 30 il işğalda saxlanıldığı zaman tikilən yeganə binadır.

Artıq Şuşa azaddır və yenidən canlanır. Qarabağ – Azərbaycandır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*