Tacikistan-Qırğızıstan sərhədində 17 ölü, 16 yaralı var – Sərhədə yaxın kəndlər boşaldılır – VİDEObackend

Tacikistan-Qırğızıstan sərhədində 17 ölü, 16 yaralı var - Sərhədə yaxın kəndlər boşaldılır - VİDEO

Sərhəddəki atışmadan sonra Tacikistanın 11, Qırğızıstanın isə 5 yaralı əsgəri var. Ölənlərin sayı 17-yə çatıb.

KONKRET.az “Sputnik_Kyrgyzstan”-a istinadla xəbər verir ki, Tacikistan hərbi texnika və hərbi hissələrini sərhədə çəkir.

Məlumata görə, Tacikistan və Qırğızıstan sərhədində baş verən qarşıdurmalarda hər iki tərəfdən ölənlərin sayı 17-yə çatıb, onlardan 11-i Tacikistan hərbçiləridir.

Tacikistanın İsfara şəhər merinin digər dövlət qulluqçuları ilə sərhəddə münaqişə yerinə gedən köməkçisi güllə yarası alıb.

Tacikistanla həmsərhəd Qırğızıstan kəndlərinin sakinləri təxliyə olunur.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*