Tacikistanda yol polisinin əməkdaşları ixtisar edilir. Bu qərar ölümlə nəticələnən qəzaların sayının artması fonunda baş verir.
KONKRET.az xəbər verir ki, Tacikistan Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə yol-nəqliyyat hadisələrində ölənlərin sayı artıb.
İdarənin məlumatına görə, 2023-cü ilin sonunda Tacikistanda baş verən yol qəzaları nəticəsində 519 nəfər ölüb. 2022-ci illə müqayisədə bu rəqəm təxminən 25% (103 nəfər) artıb.
Ümumilikdə ölümlərin və yaralananların plduğu 1,1 mindən çox yol qəzası qeydə alınıb. Ötən illə müqayisədə belə qəzaların sayı artıb. Qəzalarda qurbanların sayı 1,2 min nəfər qiymətləndirilir.
Bunun fonunda ölkə prezidenti Emoməli Rəhmonun göstərişi ilə Daxili İşlər Nazirliyi Dövlət Yol Müfəttişliyinin ştatlarını ixtisar edib.
Daxili işlər naziri Ramazan Rəhimzodanın sözlərinə görə, yol patrul xidmətinin şəxsi heyəti 30% ixtisar ediləcək.
Onun sözlərinə görə, yol müfəttişlərinin ixtisarı yollarda asayişin bərpası ilə əlaqədar həyata keçirilir. Lakin yuxarıdakı statistika bunun əksini göstərir.
Natiq Səlim,
KONKRET.az
