Tacikistanın ən yaşlı sakini 127 yaşında vəfat etdi – FOTObackend

Tacikistanın ən yaşlı sakini 127 yaşında vəfat etdi - FOTO

Tacikistanda Dahana kəndinin sakini Fotima Mirzokulova 127 yaşında vəfat edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki,  o, yanvarın 25-də dəfn olunub. Fotima Mirzokulova Tacikistanın ən yaşlı sakini hesab olunurdu. 13 mart 1893-cü ildə anadan olan Fotimanın 8 övladı və 200-ə yaxın nəvəsi, nəticə və kötücələri var. Fotima Mirzokulova uzun ömrü boyu  – Çar Rusiyası, SSRİ və müstəqil Tacikistanın şahidi olub.

Ölkənin Suqd vilayətinin Aşt rayonu administrasiyasının rəsmi saytı Tacikistanın ən yaşlı sakininin ölümü barədə məlumat verib:

“O, bütün ömrünü kolxozda işləyib. Təqaüdə çıxanda belə, evdə oturub kənd təsərrüfatında çalışıb. Fotima Mirzokulova pambıq yığımı mövsümünün əvvəlindən sonuna qədər iştirak edirmiş”.

Yeri gəlmişkən, rəsmi statistikaya görə, Tacikistanda 100 yaşdan yuxarı 78 nəfər yaşayır. Onlardan 50-si qadındır. Fotima Mirzokulova isə Tacikistanın ən uzunömürlü sonuncu sakini idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*