Tailanda qurudulmuş xurma, Litvaya şərab, Yaponiyaya isə limonad ixrac ediləcəkbackend

Tailanda qurudulmuş xurma, Litvaya şərab, Yaponiyaya isə limonad ixrac ediləcək

Moskva şəhərində keçirilən “Prodexpo 2020” beynəlxalq ərzaq sərgisi çərçivəsində azərbaycanlı sahibkarlar xarici həmkarları ilə görüşlər keçirib, ixraca dair razılıqlar əldə edib, müqavilələr bağlayıblar.

KONKRET.az Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən xəbər verir ki, belə ki, “Balxurma” şirkəti qurudulmuş xurma məhsullarının Tailanda ixracına dair müqavilə imzalayıb.

Bundan başqa, Göygöl Şərab Zavodunun istehsalı olan şərab və brendinin Litvaya, “Tac- Gülüstan” şirkəti mineral su və limonad məhsullarının Yaponiyaya ixracına, “Az-Granata” şirkəti Rusiyada spirtli içkilərin idxalı ilə məşğul olan şirkət ilə distributorluq müqaviləsinin bağlanmasına dair razılıq əldə edib.

“APA-Economics”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*