Taksi sürücüsü küçənin ortasında bir nəfəri öldürdü – FOTO+VİDEObackend

Taksi sürücüsü küçənin ortasında bir nəfəri öldürdü - FOTO+VİDEO

Türkiyənin Samsun şəhərində dəhşətli hadisə baş verib. 

KONKRET.az xəbər verir ki, taksi sürücüsü ilə iki qardaş arasında küçənin ortasında bıçaq və çubuqla başlayan dava qətllə nəticələnib.

Hər kəsin gözü qarşısında baş verən hadisədə taksi sürücüsü tərəfindən bıçaqlanan 2 uşaq atası olan gənc həyatını itirib.

Özəl xəstəxanaya aparılan Emin K.-ni bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Onun qardaşı Y.K.-nin isə yüngül xəsarət aldığı öyrənilib.

Polis tərəfindən saxlanılan taksi sürücüsü C.D. də çubuqla döyülməsi nəticəsində yaralanıb. Taksi sürücüsü də xəstəxanada müalicə olunduqdan sonra ifadəsi alınmaq üçün Samsun Polis İdarəsinə aparılıb.//Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*