Taksi fəaliyyəti ilə bağlı iyulun 1-dən etibarən yeni qaydaların tətbiqindən sonra bir sıra şirkətlər xidmət müqabilində qiymətləri olduqca qaldırıb. Belə ki, əvvəlki qiymətlərə nisbətdə olduqca yüksək, hətta bəzi hallarda 2 dəfədən çox bahalaşma qeydə alınıb.
Taksi xidmətdindən istifadə edən müştərilər isə sözügedən qiymət artımına ciddi narazılıq bildiriblər. Sosial şəbəkələrdə bəzi istifadəçilər taksi şirkətlərinin hazırki situasiyadan sui-istifadə etdiyini və qiymətləri süni şəkildə qaldırdığını dilə gətirib.
Bu sahədə xidmət göstərən bir sıra tanınmış şirkətlərlə taksi sifarişi ilə bağlı əlaqə saxladıqda, həqiqətən də qiymət artımının fantastik dərəcədə olduğunu müşahidə etmək olur. Məsələn, əvvəllər 20 manata təqdim olunan gediş qiyməti, hazırda 30-32 manata qalxıb. Bəs görəsən, bu qiymət artımının başlıca səbəbləri nədir?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, hazırda bu sahədə qiymət tənzimlənməsinə ciddi ehtiyac var:
“Taksi fəaliyyəti ilə bağlı qiymətlərin tənzimlənməsinə mütləq şəkildə ehtiyac var. Çünki qiymətlərin aşağı həddi müəyyənləşdirilsə də, yuxarı həddinə hər hansı bir məhdudiyyət tətbiq edilmir. Şirkətlər də bundan istifadə edərək, müxtəlif bəhanələr gətirməklə, qiymətləri artırırlar”.
Ekspertin fikrincə, aidiyyəti dövlət qurumlarının bu mövzuda müdaxilə etməsi mütləqdir:
“Başa düşdük, müəyyən məqamlara görə qiymətləri müəyyən qədər qaldırmaq olar. Çünki əvvəlki köhnə avtomobillərlə xidmət apara bilmirlər. Qismən yeni avtomobillər almalıdırlar. Amma bu ona dəlalət etmir ki, qiymətləri fantastik səviyyəyə gətirib çıxarsınlar. Ona görə hesab edirəm ki, aidiyyəti qurumlar bu qiymət mövzusunda mütləq müdaxilə etməlidir”.
Bahalasmayib. Bir iki gun qalxdi sonrada tezden dusdu. Bos sobetdi bahalasib.dizel benzin qalxan gunden 2 3 gun bahalasdi sonra dusdu. Hemin sey oldu. Bos sobetdi bahalasib. Boltda uberde kohne qiymetdedi
Siz taksi xidmətindən müzakirə aparınca gedin gündəlik təlabat olan praduklardan danışın praduk qalxır səs çıxmır benzin dizel qalxır səs çıxmır taksi qiymət qaldıran kimi aləm bir birnə dəyir nolub hamı taksiyə cumub ???
NEÇƏ VAXTDIR Kİ, BÜTÜN SOSİAL ŞƏBƏKƏLƏR, XƏBƏR PORTALLARI ƏL QATIB ÖZÜNƏ Kİ, TAKSİ BAHALAŞIB. DEYƏN YOXDUR Kİ, ÖLKƏDƏ BENZİN, DİZEL BAHALAŞDI QİYMƏT QALXDI, DEYƏN YOXDUR Kİ, ÖLKƏDƏ QİDA MƏHSULLARI 38% BAHALAŞDI. BU TAKSİDƏ İŞLƏYƏN MAŞINLAR SU İLƏ İŞLƏYİR? BUNUN RASXODNİKLƏRİ YOXDURMU? TAKSİNİ SÜRƏN HAVAYLA SUYLA QİDALANIR? NƏ İSTİYİRDİNİZ? 18-20 MİNİNLİK MAŞINDA ƏVVƏLKİ KİMİ 1 MANATA 2 MANATA GETMƏK? HEÇNƏDƏ QALXMAYIB. PİK SAATLARDA BİRAZ QİYMƏTLƏR QALXIR VƏSSƏLAM. BAŞQA TEMA TAPIN. TAKSİNİN QİYMƏTİ HƏLƏ AŞAQIDIR. TAKSİ İNSANLARÇÜN NÖKƏR İŞLƏMƏKÇÜN NƏZƏRDƏ TUTULMAYIB. TAKSİ MƏDƏNİ NƏQLİYAT XİDMƏTİ SEKTORUDUR VƏ ADINA UYQUNDA QİYMƏTİ OLMALIDIR. ŞƏHƏR MƏRKƏZİNDƏN 4 MANATA ZABRATA MAŞTAQIYA GEDƏNLƏRİN HARAYIDIR BU SƏS KÜY. MİNİB AFTOBUSLA GEDİN. VƏSSƏLAM.
Duz deyirlər oturub evde 2.30 qəpiyə padyezin ağzına gel tez gəlin gelmisiz noldu deyənlər indi mininde ictimai nəqliyyata gedin o qiymətə taksi olmur məndə Opel zafiradi 7 nəfərlik xidmət müştəri veri 6 nəfər baxıram qiymətə 2.80 qəpik deyirəm görəsən utanmırlar 6 nəfər 2.80 verəcək avtobus qiymətində eləmir heç ona görədə avtobusa minmək isdemiyenler ucuz minib sellenenlerdi danışanlar zəhmət çək get avtobusla vessalam
20 qəpik bahalaşıb hər gün getdiyim yoldu
20 qəpik bahalaşıb hər gün getdiyim yolda )
TAKSİ MÖVZUSUNU SÜNİ ŞƏKİLDƏ GÜNDƏMDƏ SAXLAYIB ƏRZAQLARIN QİYMƏTİNİN DƏFƏLƏRLƏ BAHALAŞMASINI ÖRT BASDIR EDİRLƏR. TAKSİYƏ İMKANI ÇATMAYAN AVTOBUS VƏ YA METRODAN İSTİFADƏ EDƏR. BƏS AC QALANDA NƏ YEYƏK???
İsiniz gucunuz taksilərnəndie,