2021-ci ilin avqustundan Əfqanıstanda hakimiyyətə nəzarət edən radikal “Taliban” hərəkatı qadınlara onları istismar edən və narkotik aludəçisi olan ərləri ilə boşanmalarını qadağan edib.
KONKRET.az xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.
Nəşrin jurnalistləri bu problemlərlə üzləşmiş bir neçə qadınla danışa bilib.
Qadınlar ərləri tərəfindən zorakılığa məruz qaldıqlarını bildiriblər.
Onların sözlərinə görə, əvvələr birtərəfli qaydada boşanmaq mümkün olub, lakin “Taliban” hakimiyyətə gəldikdən sonra bu qanunu ləğv edib.
Əfqan qadınları sağlamlığı və həyatı üçün təhlükə olmasına baxmayaraq, zorakılıq edən ərlərinin yanına qayıtmağa məcbur olublar.
Qeyd olunub ki, bu qaydalara etiraz edən qadınlar həbs və repressiya riski ilə üzləşirlər.
Buna baxmayaraq, bir sıra ölkələr həm humanitar, həm iqtisadi, həm də öz təhlükəsizlik maraqları naminə “Taliban”la fəal əməkdaşlıq edir.
İqbal Rzayev,
KONKRET.az
