“Taliban” liderlərindən biri öldürüldübackend

"Taliban" liderlərindən biri öldürüldü

Əfqanıstanda “Taliban” liderlərindən biri öldürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

Ölkənin Müdаfiə Nаzirliyindən bildirilib ki, hadisə Əfqanıstanın şimalında baş verib. Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində “Taliban” silahlılarının liderlərindən olan Mahibulla məhv edilib.

Əfqanıstanın Müdаfiə Nаzirliyindən verilən məlumata görə, o, Pakistan vətəndaşıdır.

Müdafiə Nazirliyi Qunduz əyalətində keçirilən xüsusi əməliyyatın təfərrüatını açıqlamayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*