Tanınmış bakılı erməni Ermənistanı Rusiyadan əl çəkib NATO-ya ÜZV OLMAĞA ÇAĞIRDIbackend

Tanınmış bakılı erməni Ermənistanı Rusiyadan əl çəkib NATO-ya ÜZV OLMAĞA ÇAĞIRDI

Tanınmış bakılı erməni Ermənistanı Rusiyadan əl çəkib NATO-ya üzv olmağa çağırıb.

KONKRET.az xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri, Arsen Avakov “Azadlıq” radiosuna müsahibəsində Ermənistanı Rusiya ilə müttəfiqlikdən çıxmağa, NATO və Avropa İttifaqına üzv olmağa çağırıb.

“Müharibədən sonra Ukraynada yeni qlobal kollektiv təhlükəsizlik sistemi yaradılacaq. Ermənistanın dərhal bu sistemə uyğunlaşması lazım gələcək.  Onun artıq BMT-də Rusiyaya dəstək üçün səs verməməsi çox yaxşıdır. Və sonra Putinin imperiyası dağılanda Ermənistan son seçimini çox tez və dəqiq etməli olacaq”, – deyə Avakov bildirib.

O əmindir ki, İrəvan üçün düzgün seçim Rusiya ilə müttəfiqlik və KTMT-yə üzvlük deyil,  Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və Ukrayna ilə ittifaqdır ki, bu da tezliklə ən yaxşı seçimlərdən birinə çevriləcək.

Avakovun fikrincə, Ermənistanın Rusiya Prezidenti Vladimir Putinin indi yenidən yaratmağa çalışdığı yeni SSRİ-nin tərkibinə daxil olmaq perspektivi ilə həqiqətən də təhdid edildiyi bir şəraitdə bu ölkə özünün nə olduğunu, inkişaf vektorunu, öz yolunu müəyyən etməlidir.

“Və bu yol açıq-aydın Brüsselə işarə edir”, – deyə Arsen Avakov Avropa Şurasının rəhbəri Şarl Mişelin Ermənistan-Azərbaycan nizamlanmasında vasitəçilik səylərinə işarə edib.

Avakov etiraf edib ki, İrəvandakı kütləvi etiraz nümayişləri fonunda baş nazir Nikol Paşinyanın düşdüyü siyasi vəziyyət çətin, lakin ümidsiz deyil.

“Axı, yaxınlıqda Fransa var, ənənəvi olaraq Ermənistana əl uzadan Avropa İttifaqı var. Həm də nüfuzlu və fəal erməni diasporu ilə ABŞ heç yerə getməyib. Çıxış yolu var, sadəcə ondan istifadə etməlisən”, – deyə  Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*