Tanınmış futbolçunun koronavirusa yoluxduqdan sonra ürəyində problem yarandıbackend

Tanınmış futbolçunun koronavirusa yoluxduqdan sonra ürəyində problem yarandı

İngiltərənin “Arsenal” klubunun və Qabon millisinin futbolçusu Pyer-Emerik Obameyanqın ürəyində problem yaranıb.

KONKRET.az Qabon Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna 33 yaşlı hücumçunun koronavirusa yoluxması səbəb olub.

Kapitan Afrika Millətlər Kubokunda komandasına kömək edə bilmir.

Qeyd edək ki, Obameyanqın testi yanvarın 6-da müsbət çıxıb. Təcrübəli forvard 2018-ci ildən London təmsilçisinin formasını geyinir. Qabon yığmasında 72 matça çıxan oyunçu 30 qola imza atıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*