Tanınmış jurnalist süni tənəffüs aparatına qoşuldu – FOTObackend

Tanınmış jurnalist süni tənəffüs aparatına qoşuldu - FOTO

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

KONKRET.az xəbər verir ki, jurnalistin müalicə aldığı Yeni Klinikadan report-a bildirilib ki, E.Əşrəfoğlunun ağciyərlərində 85 faiz buzlu şüşə aşkarlanıb.

“Onda kəskin tənəffüs və böyrək çatışmazlığı müşahidə edilir. Elnur Əşrəfoğlu 4 gün əvvəl klinikanın reanimasiya şöbəsinə köçürülüb. Xəstə hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Saturasiyası 70 faizdir, ümumi vəziyyəti qənaətbəxş deyil”, – deyə klinikadan bildirilib.

ACF-nin baş katibi Elmar Babanlı isə açıqlamasında E.Əşrəfoğlunun müalicə aldığı klinika və ailə üzvləri ilə daim əlaqədə olduqlarını bildirib. Onun sözlərinə görə, iş yoldaşının müalicəsi üçün bütün lazımi tədbirlər görülür:

“Onun səhhəti daimi nəzarətdədir”.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan həmkarımız daha sonra “Yeni Klinika”ya köçürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*