Tanınmış meyxanaçılar Kərimin vəfatından DANIŞDILAR: “Gözünü qapadı və…”backend

Tanınmış meyxanaçılar Kərimin vəfatından DANIŞDILAR: "Gözünü qapadı və..."

Meyxanaçı Ağakərim kimi tanınan Kərim Novruzovun vəfat etdiyi haqda məlumatlar yayılıb.

Baş verən hadisə ilə bağlı KONKRET.az tanınmış meyxanaçı, Kərimin yaxın dostu Ağamirzə ilə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında meyxanaçı Kərimin təxminən bir saat əvvəl dünyasını dəyişdiyini bildirib:

“Sabah Məştağa qəbiristanlığında dəfn olunacaq. Heç nə danışa bilmirdi. Gözünü qapadı, canını tapşırdı və dünyadan köçdü. Sənət dostlarından hələ heç kim gəlməyib”, – meyxanaçı vurğulayıb.

Ağamirzə - Atacan

Tanınmış meyxanaçı Baləli də saytımıza açıqlamasında çox qısa danışıb:

“Bəli, dünyasını dəyişib. Allah yaxınlarına səbr versin. Allah rəhmət eləsin”.

Balaəli: Məni görəndə insanların yadına meyxana düşür » Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Meyxanaçı Ələkbərli Cahangeşt isə xəbəri mediadan eşidib:

“Mənə də indi zəng etdilər. Meyxanaçılardan heç kim deməyib. Xəbər dəqiq olsa, özüm də ora yollanacam”, meyxanaçı bildirib.

Fotoğraf açıklaması yok.

Qeyd edək ki, Kərim Novruzov uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. Xatırladaq ki, Kərim Novruzov 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. O, 1993-cü ildə böyük meyxana ustadı Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalında ən yüksək mükafat – qızıl medala layiq görülüb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*