Azərbaycan əsilli rusiyalı şoumen Timur Rodrigezin (Timur Kərimov) keçmiş həyat yoldaşı Anna Devoçkinaya 2 milyon 370 min rubl aliment borcu olduğu məlum olub.
KONKRET.az “Unikal”a istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin məlumat bazasında qeyd olunub.
Boşanmadan sonra tərəflər arasında imzalanan razılaşmaya əsasən, şoumen iki oğlunun saxlanılması üçün hər ay 1,5 milyon rubl, keçmiş həyat yoldaşına isə 500 min rubl ödəməli idi.
2025-ci ildə məhkəməyə müraciət edən Rodrigez alimentin məbləğinin azaldılmasını və keçmiş həyat yoldaşına ödənişlərin dayandırılmasını tələb edib. Lakin onun uşaqlar üçün alimentin azaldılması ilə bağlı iddiası təmin edilməyib.
Noyabrın 26-da Moskvanın Presnenski Rayon Məhkəməsi şoumenin keçmiş həyat yoldaşına olan aliment borcundan azad edilməsi barədə tələbini də rədd edib.
Qeyd edək ki, Timur Rodrigez 2026-cı ilin yayında aktrisa Katya Kabakla ailə qurub.
