Tanınmış teleaparıcı senator oldubackend

Tanınmış teleaparıcı senator oldu

Qazaxıstan prezidenti Qasım Comərt Tokayevin sərəncamına əsasən Qazaxıstan televiziyasının aparıcısı Dana Nurjigitova senator təyin edilib. Konkret.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, ölkənin tanınmış aparıcısı olan Dananın son layihələrdən biri “Qazaqstan” telekanalında yayımlanan “Dara Jol” verilişidir. Veriliş ölkədə və xaricdə həyatın müxtəlif sahələrinə xüsusi töhfə verən məşhur insanlardan bəhs edir. Yeri gəlmişkən, Qazaxıstan prezidentinin sərəncamı ilə baş prokurorun keçmiş müavini Andrey Lukin, MSK üzvü Lazzat Süleymen, Energetika Nazirliyinin keçmiş katibi Kanatbek Səfinov, İnsan hüquqları üzrə müvəkkil Əsgər Şəkirov və qəzetinin baş redaktoru Jusip Nurtore də senator təyin ediliblıər. Senatorlar Sergey Gromov, George Kim, Dulat Kustavletov və Rəşid Tusupbekovın səlahiyyətlərinə son verilib.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*