Tanınmış türkiyəli aktyor Azərbaycan mahnısı oxudu – VİDEObackend

Tanınmış türkiyəli aktyor Azərbaycan mahnısı oxudu - VİDEO

Tanınmış türkiyəli aktyor Uğur Aslan “Şarkılar bizi söylər” proqramının qonağı olub.

KONKRET.az xəbər verir ki, aktyor proqramda Azərbaycan musiqisinin incilərindən olan “Ay qız” mahnısını səsləndirib.

O, həmin ifa ilə yanaşı mərhum şair Nüsrət Kəsəmənlinin “Bəhanəsiz get” şeirini musiqi sədaları altında ifa edib.

Uğurun bu ifaları qısa müddət ərzində sosial media istifadəçiləri tərəfindən sürətlə yayılıb.

Qeyd edək ki, “Ay qız” mahnısının musiqisi Cahangir Cahangirova, sözləri isə Zeynal Cabbarzadəyə məxsusdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*