Tarix müəllimi dərs zamanı Paşinyanı öldürməyə, ailəsini isə yandırmağa çağırdıbackend

Tarix müəllimi dərs zamanı Paşinyanı öldürməyə, ailəsini isə yandırmağa çağırdı

Ermənistanda məktəb müəllimi baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı zorakılığa çağırışda ittiham olunub.

KONKRET.az xəbər verir ki, bu barədə “Armenia Today” datalex.am məhkəmə informasiya sisteminə istinadən yazır.

İşin materiallarına görə, təqsirləndirilən şəxs İrəvan məktəbinin tarix müəllimi Akop Qriqoryandır:

“2021-ci il mayın 21-də 7-ci sinif şagirdləri üçün tarix dərsi keçərkən, xidməti vəzifəsindən istifadə edərək, şagirdlərin iştirakı ilə o (Qriqoryan) baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı ictimai çağırışlar səsləndirərək deyib ki, Nikol Paşinyanı öldürmək, ailəsini isə yandırmaq lazımdır”.

Tarix müəllimini qarşı cinayət işi açıldı./virtual.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*