Kolumbiya hərbçiləri Sakit okeanda ölkə tarixindəki ən böyük kokain yüklü sualtı qayığı saxlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, qayıqda üç ton kokain olub.
Məlumata görə, sualtı qayığı idarə edən üç nəfərdən ibarət ekipaj üzvü həbs edilib.
Qeyd edək ki, bundan əvvəl İspaniyanın hüquq-mühafizə orqanları 1,5 ton kokain daşıyan balıqçı gəmisini ələ keçirib. Braziliya bayrağı altında üzən 25 metrlik gəmi Kanar adaları yaxınlığında saxlanılıb.
İqbal Rzayev,
KONKRET.az
