“Tavuşda Nikolun (Nikol Paşinyan – red) göstərişi ilə ikinci və üçüncü sıra xəndəklər çox sürətlə qazılır”.
KONKRET.az xəbər verir ki, bu barədə İsveçrədə yaşayan erməni aktivist Tereza Mxitaryan sosial şəbəkə hesabında yazıb:
“Aydın deyilmi ki, bu səngərlər Tavuşu daha yaxşı qorumaq üçün qazılmayıb. Nikol səhərdən-axşama kimi türklərlə barışıqdan və sərhəddə ümumiyyətlə əsgər olmamasından danışır. Üçüncü sırada səngərlər qazılır ki, Nikol torpağı öz türk ağalarına versin, Berd (Şəmşəddin) və Noyemberyan (Barana rayonu) isə hər tərəfdən türklərlə əhatə olunan anklavlara çevrilsin” – Mxitaryan deyib.
“Tavuşlulara min dəfə xəbərdarlıq etmişik. Xüsusən də Tavuşun qubernatoru Qalumyan açıq deyirdi ki, biz torpaqları türklərə verməliyik. Torpağı ermənilərə verməliyik deyən türk deputatı görmüsünüz? Bunu deyən adamı tavuşlular qubernator seçdilər. Tavuş sakinləri torpaqlarının bir hissəsini türklərə vermək üçün Nikolu seçiblər. Məntiqsizdir, amma sanki qurban öz cəlladını seçib” – Tereza Mxitaryan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,
KONKRET.az
